Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Taliyə Məmmədhəsənzadə AQA Şirkətlər Qrupunun təsis etdiyi “Dəmir təqaüd” adlı təqaüd proqramı çərçivəsində verilən “Dəmir ay” təqaüdünün ilk qalibi olub.
Bu barədə "Tehsil.biz"ə ali məktəbdən məlumat verilib.
Bildirilib ki, bu təqaüd proqramı Azərbaycan universitetlərinin III və IV ilində təhsil alan və ya xarici universitetdən qəbul almış Azərbaycan vətəndaşlığına sahib qadınlar üçün nəzərdə tutulub.