Logo

BDU-nun Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında elmi seminar təşkil edilib

15.07.2022 18:54 476 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında “İspaniyanın Qranada Universitetində təhsil, elm və tətbiqlər” mövzusunda elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda laboratoriyanın aparıcı elmi işçisi İsmət Əhmədov məruzə ilə çıxış edib. O, Avropa İttifaqının Erasmus+ITACA qrant layihəsi çərçivəsində cari ilin may-iyun aylarında İspaniyanın Qranada Universitetində bir aylıq elmi ezamiyyətdə olub.

Laboratoriya, Biologiya və Kimya fakültələri əməkdaşlarının iştirak etdikləri seminarda İsmət Əhmədov Qranada Universiteti və onun Su Problemləri Elmi-Tədqiqat İnstitutu haqqında məlumat verib. O, Qranada Universitetində təhsil və tədris prosesindəki yenilik, innovasiya və elmi-tədqiqatlar barədə danışıb.

Sonra Qranada Universiteti ilə beynəlxalq elmi-tədqiqat və təhsil proqramları çərçivəsində əməkdaşlığın mümkün istiqamətləri haqqında müzakirələr aparılıb.

Xəbər lenti