Logo

Qəbələnin birincisi: “Bakı Ali Neft Məktəbinin tələbəsi olmaq üçün ciddi hazırlaşırdım”

15.07.2022 15:36 434 baxış
IMG

Natiq Məmmədov I qrup üzrə yüksək bal toplayan, eyni zamanda blok imtahanlarından ən yüksək nəticə - 400 bal yığan abituriyentlərdən biridir.

Tehsil.biz xəbər verir ki, o, ümumilikdə 689 bal toplayaraq həm də Qəbələ şəhərində ən yüksək göstəricini əldə edib. Qəbələ şəhər 1 nömrəli məktəbin məzundur. 

Uğurlu abituriyentin arzusu Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi olmaqdır: “Müəllimim BANM-də təhsil almağı məsləhət gördü. Özüm də internetdə araşdırma apardım və gördüm ki, ən nüfuzlu ali məktəblərdən biridir. Burada beynəxalq əlaqələrin geniş olması, tədrisin yüksək keyfiyyətlə aparılması mənim üçün əsas göstəricilər oldu. Ona görə də son iki ili ciddi hazırlaşırdım. Yüksək bal toplamaq istəyən gələcək abituriyentlərə məsləhətim budur ki, ilk növbədə yuxu rejiminə ciddi əməl etsinlər, 8 saat mütləq yatmaq lazımdır. Vaxt bölgüsü aparıb hər gün davamlı tapşırıqları yerinə yetirmək və test tapşırıqları etmək vacibdir”.

Xəbər lenti