Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Azərbaycan Beynəlxalq Bankında (ABB) təlimdə olublar.
UNEC-dən bildirilib ki, təlim zamanı tələbələrə ABB-nin Məlumat Mərkəzi və Telesatış şöbəsinin fəaliyyəti barədə məlumat verilib. Eyni zamanda, müştərilərlə ünsiyyət və korporativ etiket qaydaları əyani şəkildə nümayiş olunub.
Sonda təlim iştirakçılarına sertifikat verilib.