Logo

BANM tələbələri “AzerGold”un tanıtım səfərinə qatılıblar - FOTOLAR

14.07.2022 10:09 502 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi kafedrasının baş müəllimi Sevda Zərgərova və Kimya mühəndisliyi ixtisasının III kursunda təhsil alan 6 tələbə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) təşkil olunan tanıtım-təcrübə səyahətində iştirak edib.

Tehsil.biz xəbər verir ki, ÇİRES-in fəaliyyəti ilə əyani tanışlıq və məlumat mübadiləsi məqsədi daşıyan səfərdə iştirakçılar təhlükəsizlik qaydaları ilə tanış olub, onlara laboratoriyanın iş prinsipi, sahədə çalışan işçilər üçün yaradılan şərait, həmçinin qiymətli metalların hasilat və emal prosesi haqqında ətraflı məlumat verilib.

Səfər zamanı BANM-in məzunları və eyni zamanda “AzerGold" QSC-nin əməkdaşları Bayram Aslanov və Səkinə Əliyeva tələbələrin suallarını cavablandırıblar.

Qeyd edək ki, səfərdə BANM-lə yanaşı, bir sıra ali təhsil ocaqlarının professor-müəllim heyəti, həmçinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri iştirak ediblər.

Xəbər lenti