Logo

Müəllimlərin işə qəbulu üzrə imtahan mərhələsinə başlanılır

13.07.2022 11:51 593 baxış
IMG

İyulun 14-dən 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start veriləcək.

Tehsil.biz xəbər verir ki, test imtahanı mərhələsinin keçiriləcəyi tarix və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə artıq göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, namizədlər şəxsi səhifələrində göstərilən son qeydiyyat saatından sonra imtahan zalına buraxılmayacaq.

Xəbər lenti