Logo

Fiziologiya İnstitutunun əməkdaşı Rusiya Təbiət Elmləri Akademiyasının professoru adını alıb

12.07.2022 18:24 431 baxış
IMG

AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Kliniki neyrofiziologiya laboratoriyasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, dosent Aysel Allahverdiyevaya Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) professoru elmi adı verilib.

Tehsil.biz xəbər verir ki, RTEA-nın Rəyasət Heyəti A.Allahverdiyevanın elmi və praktiki fəaliyyətinin ekspert qiymətləndirilməsinə əsaslanaraq ona professor elmi adının verilməsi haqda qərar qəbul edib və diplomun Moskvadan Bakı şəhərinə göndərilərək təqdimatı təşkil olunub.

Qeyd edək ki, RTEA müxtəlif elm sahələrindən 15 mindən çox mütəxəssisi birləşdirən ən böyük beynəlxalq alimlər birliyidir. Rusiya Təbiət Elmləri Akademiyasının nəşriyyatında minlərlə elmi kitab, yüz minlərlə elmi məqalələr nəşr edilir. Akademiyada 20-dən çox elmi jurnal çap olunur, hər il yüzlərlə elmi forum keçirilir. Onlardan biri də xaricdən alimləri cəlb edən beynəlxalq elmi forumdur. Təbiət Elmləri Akademiyasının nəşriyyatında çap olunan Ümumrusiya və beynəlxalq jurnallar “RİNS” bazasında indeksləşir və yüksək impakt faktorla seçilir.

Xəbər lenti