Logo

Fiziologiya İnstitutunun əməkdaşları RTEA və Avropa Elmi-Sənaye Konsorsiumunun ordeni ilə təltif olunublar

12.07.2022 12:07 386 baxış
IMG

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Kliniki neyrofiziologiya laboratoriyasının müdiri, tibb elmləri doktoru, professor Əli Allahverdiyev və həmin laboratoriyanın əməkdaşı, tibb elmləri üzrə fəlsəfə doktoru Aysel Allahverdiyeva Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Rəyasət Heyətinin və Attestasiya Komissiyasının qərarı ilə “Za Zasluqi” (Xidmətlərə görə) ordeni ilə təltif ediliblər.

Tehsil.biz xəbər verir ki, bu orden RTEA və Avropa Elmi-Sənaye Konsorsiumu tərəfindən təsis edilib və dünya elminin inkişafına mühüm töhfələrinə görə elm xadimlərinə verilir.

Qeyd edək ki, professor Əli Allahverdiyev Rusiya Təbiət Elmləri Akademiyasının və Qütb Təbabəti və Ekstremal İnsan Ekologiyası Akademiyasının həqiqi üzvüdür.

Xəbər lenti