Logo

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş respublika şahmat turniri

19.01.2021 17:00 202 baxış
IMG

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş onlayn respublika şahmat turniri təşkil olunacaq.

 

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışda iştirak üçün Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəbləri və şahmat klublarından yüz nəfərdən çox şahmatçı qeydiyyatdan keçib.

 

İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq yarışa 19 yanvar saat 18:00-da start veriləcək.

 

17 yaşadək (2004-cü il təvəllüdlü və daha kiçik yaşlı) şahmatçılar arasında keçiriləcək turnirin qalibləri müvafiq dərəcəli diplomlarla təltif olunacaqlar.

 

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd 20 Yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsi, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat (blitz) üzrə qaliblərin müəyyənləşdirilməsi və müasir texnologiyalardan istifadə etməklə şahmatçıların oyun təcrübələrinin  artırılmasından ibarətdir.

Xəbər lenti