Logo

ADNSU-da cari tədris ilinin yekunları ilə bağlı müzakirələr aparılıb - FOTO

08.07.2022 20:00 416 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi şuranın növbəti iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, İclasda ADNSU-nun rektoru professor Mustafa Babanlı gündəlikdə olan məsələləri diqqətə çatdırıb. Sonra rektor illik hesabat məruzəsi ilə çıxış edib. 2021-2022-ci tədris ilinin yekunlarından danışan M.Babanlı bildirib ki, tədrisin əsas hissəsini məzmun, onun çatdırılması və qiymətləndirmə təşkil edir və hər bir müəllim, təhsilverən bu meyarı nəzərə almalıdır.

Rektor ADNSU-nun beynəlxalq əlaqələri, akkreditasiya olunmuş ixtisaslar, universitetin professor-müəllim heyətinin elmi nailiyyətləri, dünya səviyyəli metrik bazalarda çap olunmuş məqalələr və ümumilikdə universitetin elmi-tədqiqat sahəsində əldə etdiyi uğurlar və hədəflər barədə ətraflı məlumat verib.

İclasda, həmçinin imtahan sessiyalarının nəticələri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

 

Xəbər lenti