Logo

AzTU “SABAH”ın tələbələri Tbilisidə keçirilən olimpiadada iştirak edib

07.07.2022 18:35 475 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH 1” komandası Tbilisidə keçirilən “Open Southern Caucasus Championship 2022” (Cənubi Qafqaz Açıq Çempionatı) olimpiadasında iştirak edib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və burada fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ), ADA Universitetinin də iştirak etdiyi olimpiadada tələbələr fərdi və komanda şəklində yarışıblar.

Sonda “SABAH 1” komandasının üzvlərinə sertifikat və hədiyyələr təqdim olunub.

Xatırladaq ki, komanda 2021-ci ildə keçirilmiş ICPC Azərbaycan regional müsabiqəsində uğurla iştirak edərək olimpiadaya vəsiqə qazanıb.

Xəbər lenti