Logo

UNEC-də “Startap günləri” keçiriləcək

07.07.2022 16:38 490 baxış
IMG

İyulun 14-15-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) onlayn formatda “Startap günləri” keçiriləcək.

Tehsil.biz xəbər verir ki, seminarda Azərbaycan Dövlət İqtisad və İsrailin Təl-Əviv universitetlərinin məzunu, “Sofael Global” şirkətinin mütəxəssisi Mübariz Şahbazlı startapların hazırlanıb inkişaf etdirilməsi, yerli və beynəlxalq investorlara yönləndirilməsi istiqamətində məlumat paylaşacaq.

Seminar sual-cavab formatında keçiriləcək.

“Startap günləri”ndə iştirak etmək üçün link UNEC-in saytında yerləşdirilib.

Xəbər lenti