Logo

Dövlət Neft və Sənaye Universitetində “Məzun günü” keçirilib - FPTOLAR

07.07.2022 13:41 486 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Məzun günü” keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru professor Mustafa Babanlı ölkəmizdə təhsilin inkişafına daim xüsusi əhəmiyyət verildiyini vurğulayıb. Rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat verən rektor, eyni zamanda, məzunları təbrik edərək onlara tövsiyələrini verib.
Məlumat verilib ki, bu il universiteti ümumilikdə 3 min 880 tələbə bitirir, onlardan 3 min 39-u bakalavriat, 841-i isə magistratura pilləsində təhsil alıb.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov respublikamızda gənclərə, onların təhsilinə göstərilən dövlət qayğısından danışıb.
Milli Məclisin deputatı, ADNSU-nun İctimai Etimad Şurasının sədri Aydın Mirzəzadə məzunlara uğurlar arzulayıb və onlara göstərilən etimadı daim doğruldacaqlarına ümidvar olduğunu deyib.
Sonra təhsildə yüksək nəticələr əldə etmiş tələbələrə fərqlənmə diplomları və xatirə hədiyyələri təqdim olunub.

Xəbər lenti