Logo

Məktəbdə şagirdlərə "mərsiyə" öyrədən müəllimdən növbəti təxribat - FOTOFAKT

05.07.2022 17:26 2947 baxış
IMG

Bir neçə gün bundan öncə şagirdlərə “Salam Farmandeh” (Salam Komandir) adlı "mərsiyə" öyrətməklə gündəmə gələn Nailə Babayeva, növbəti dəfə təxribatçı çıxışla yadda qalıb.

Tehsil.biz “AzPolitika.info”ya istinadən xəbər verir ki, Nailə Babayeva bu dəfə “feysbuk” hesabından radikal çağırışlar etməklə, təxribat yaratmağa çalışıb. Bir neçə saat sonra silinən paylaşımda “Şiələrə qarşı qətliam olacaq”, “Türkiyə, Nato, İsrail Azərbaycanda şiəliyin kökünü kəsməyə çalışır” kimi təxribatçı fikirlər səsləndirilib.

Xatırladaq ki, bir neçə gün bundan öncə Yevlax şəhər Sahib Aliyev adına 1 saylı tam orta məktəbdə çalışan Nailə Babayevanın dərs dediyi 6 “a” sinfində 4 şagirdə farslara məxsus olan mərsiyə öyrətməsi, din pərdəsi altında təxribat aparması, videogörüntüdə dövlət bayrağının tərs asılması cəmiyyətdə böyük narazılqlara səbəb olmuş, bu hadisədən sonra Mərkəzi Aran Regional Təhsil İdarəsinə çağrılan Nailə Babayevanın izahtı alınmış və ona şiddətli töhmət verilmişdi.

Xəbər lenti