Logo

Respublika incəsənət festival-müsabiqəsinin Xızı rayonu üzrə qalibləri mükafatlandırılıb - FOTOLAR

05.07.2022 17:10 330 baxış
IMG

“Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin Xızı rayonu üzrə qalibləri mükafatlandırılıb.

Tehsil.biz xəbər verir ki, festival-müsabiqə respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (incəsənət yönümlü ümumi təhsil müəssisələri istisna olmaqla) 11-17 yaş arası istedadlı şagirdləri arasında iki yaş qrupunda (11-14 yaş və 15-17 yaş) təşkil olunub.

Qeyd edək ki, festival-müsabiqə Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil edilib.

Festival-müsabiqənin məqsədi uşaq və gəncləri Qarabağın Azərbaycan mədəniyyəti, tarixindəki yeri, işğal illəri və işğaldan sonrakı dövrü ilə tanış etmək, uşaqları milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, incəsənət və mədəniyyətin ayrı-ayrı növləri üzrə istedadları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.

Xəbər lenti