Logo

Sertifikasiya imtahanı ilə əlaqədar ibtidai sinif müəllimləri ilə görüş keçirilib

05.07.2022 16:48 133 baxış
IMG

İyulun 5–də Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə sertifikasiya imtahanı ilə əlaqədar ibtidai sinif müəllimləri ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Abşeron-Xızı Regionla təhsil İdarəsini müdiri İlhamə Abdullayeva, Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov, MDPİM-in direktoru Nəzakət Mehdiyeva, İnsan Resursları Mərkəzinin (İRM) direktoru Nurlan İsmayılbəyli, həmçinin Sumqayıt şəhər, Abşeron və Xızı rayonlarının ibtidai sinif müəllimləri  iştirak edib.

Görüşün keçirilməsində əsas məqsəd sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini müəllimlərə izah etmək və onları narahat edən məqamlara aydınlıq gətirməkdən ibarət olub.

Görüşün əvvəlində ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edərək imtahanın məqsədi haqqında ətraflı məlumat verərək imtahana hazırlaşmaq üçün mənbələr haqqında danışıb.

MDPİM-in direktoru Nəzakət Mehdiyeva müəllimlərə dəstəkləyici məlumat resursları haqqında danışıb.

İRM-in direktoru Nurlan İsmayılbəyli imtahanın təşkili qaydaları ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib. 

Daha sonra Bakı Avropa Liseyinin müəllimləri Pərvinə Qədimova və Ülkər Mirzəyeva imtahanın ixtisas üzrə məzmununu şərh ediblər.
Görüş müzakirə və sual-cavab formatında davam edib. Müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti