Logo

Azərbaycan Universitetində “Türk Dünyası Rəqəmsal Vətəndaşlığı” fənni müzakirə olunub

05.07.2022 16:25 287 baxış
IMG

“Türk Dünyası Rəqəmsal Vətəndaşlığı” layihəsinin koordinatorlarından Türkiyənin Qaziantep Universitetinin Turizm fakültəsinin dekanı, professor Erdal Bay Azərbaycan Universitetini ziyarət edib.

Tehsil.biz xəbər verir ki, elmi işlər üzrə prorektor, riyaziyyat üzrə elmlər doktoru Yusif Qasımov, Sosial işin təşkili kafedrasının müdiri, layihənin Azərbaycan Universiteti üzrə koordinatoru, pedaqogika üzrə fəlsəfə doktoru Tünzalə Verdiyeva və layihənin ölkə üzrə koordinatoru Könül Məmmədovanın iştirak etdiyi görüşdə tələbələrin layihəyə marağı və davamiyyəti, eləcə də ötən tədris ilində tədris olunan mövzular və akademik heyətin peşəkarlığı, o cümlədən layihə çərçivəsində gələcəkdə görüləcək işlər müzakirə edilib.  

Qeyd edək ki, “Türk Dünyası Rəqəmsal Vətəndaşlığı” layihəsi Qırğızıstan -  Türkiyə “Manas” Universiteti və Türkiyənin Qaziantep Universitetinin koordinatorluğunda həyata keçirilir. Layihə çərçivəsində tərəfdaş universitetlərdə “Türk Dünyası Rəqəmsal Vətəndaşlığı” fənni artıq iki semestrdir ki, seçmə fənn qismində tədris olunur. Layihəyə 2021/2022-ci tədris ilinin payız semestrində Qırğızıstan - Türkiyə “Manas” Universiteti, yaz semestrində isə Amasya Universiteti ev sahibliyi edib.

Azərbaycan Universiteti “Türk Dünyası Rəqəmsal Vətəndaşlığı” layihəsinə 2021-ci ildə qoşulub.  Universitetin payız semestrində 30, yaz semestrində isə 207 tələbəsi “Zoom” platforması üzərindən təşkil olunun dərslərə qoşulub.

Xəbər lenti