Logo

Geoloq alimlər Kür çayı deltası ərazisində tədqiqat aparıblar

05.07.2022 14:32 223 baxış
IMG

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları “Müasir Kür çayı deltasının formalaşması və dəyişməsinə təsir edən amillərin qiymətləndirilməsi” mövzusu üzrə Kür çayı deltası ərazisində tədqiqat işləri aparıblar.

Tehsil.biz xəbər verir ki, ekspedisiyanın rəhbəri coğrafiya elmləri doktoru Vaqif Məmmədov bildirib ki, respublikamızın ən böyük çayı olan Kürün deltasının həm quru (sahəsi 170 kvadratkilometrə yaxın), həm də dənizin su altında olan ərazisi zaman-zaman təbii və antropogen amillərlə müxtəlif dəyişmələrə məruz qalır. Ekspedisiya iştirakçıları bununla bağlı Kür çayı deltası ərazisində şaquli elektrik zondlama, hidrogeoloji, litoloji və s. tədqiqatlar reallaşdırıblar. Tədqiqat əsasında deltanın dəyişmə istiqamətlərinin modelinin hazırlanması nəzərdə tutulur ki, bunun əsasında yarana biləcək bir sıra neqativ hadisələrin proqnozunu söyləmək mümkün olacaq.

Hazırda ekspedisiya zamanı ölçülmüş parametrlər, götürülmüş su və süxur nümunələri ətraflı təhlil edilir.

Xəbər lenti