Logo

BDU-nun şəhid məzununun doğum gününə həsr olunmuş tədbir keçirilib

05.07.2022 13:45 110 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin şəhid məzunu Tural Eyyubovun doğum gününə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, anım tədbirində fakültənin dekan müavini Şamo Cəbrayılov, kafedra müdiri Fərhad Mirzəyev, fakültənin əməkdaşları Səbinə Abbasova və Yəsəmən Hüseynova iştirak ediblər. Çıxış edənlər Tural Eyyubovun valideynlərinə mərd, cəsur oğul böyütdükləri üçün öz minnətdarlıqlarını bildirib, bütün Azərbaycan xalqının onunla fəxr etdiyini qeyd ediblər.

2009-cu ildə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olan Tural Eyyubov 2013-cu ildə Universiteti bitirib və həmin ilin oktyabrında hərbi xidmətə yola düşüb. Hərbi xidməti zamanı motoatıcı taqım komandirliyi kursunu müvəffəqiyyətlə başa vuran Tural Eyyubov zabit kimi xidmətini davam etdirib. 2020-ci ilin oktyabrında Vətənin müdafiəsinə qatılan leytenant Tural Eyyubov Füzuli, Xocavənd, Şuşa uğrunda rəşadətlə döyüşərək, həmin ilin oktyabrın 25-də şəhidlik zirvəsinə ucalıb. Qəhrəman şəhidimiz ölümündən sonra Azərbaycan Respublikası Prezidentının sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunub.

Xəbər lenti