Logo

Azərbaycanın əməkdar artisti Yakutiyanın Prezidenti tərəfindən qızıl medalla təltif edilib - FOTOLAR

05.07.2022 12:39 139 baxış
IMG

Yakutiyada ənənəvi olaraq keçirilən 4-cü “UNESCO şedevrlərinin Olonxo torpağında görüşü” devizi altında festival keçirilib.

Tehsil.biz xəbər verir ki, UNESCO-nun qeyri maddi və mənəvi irsi siyahısına aid olan xalqların mədəniyyətləri və mədəni hadisələri bu festivalda nümayiş etdirilib. Festivala 14 ölkə (Azərbaycan, Böyük Britaniya, Hindistan, Çin, Türkiyə, Koreya, Monqolustan, Ermənistan və s.) və Rusiyanın 11 regionu qatılıb. Festivala Azərbaycanın tarı və muğamını təmsil etmək üçün Sahib Paşazadə dəvət olunub və bu tarzənin buraya ikinci səfəri idi. 2016-cı ildə ilk səfərində Sahib Paşazadə bu festival çərçivəsində çox böyük uğurlara imza atıb. 2016-cı ildə tarzən həmin festivalda Yakutiyanın simfonik orkestr ilə birlikdə solo konsert proqramı ilə çıxış edib. Eyni zamanda həmin festival çərçivəsində beynəlxalq konfransda da iştirak etmiş və ifaçı ilə Gənc Tamaşaçılar teatrında yaradıcı görüş keçirilib. Həmçinin festivalın açılış və bağlanış mərasimlərində çox yüksək səviyyədə iştirak edərək ölkəmizə 5 fəxri diplom ilə  geri dönüb.

İkinci dəfə yenidən bu festivala Azərbaycanı təmsil etmək üçün S.Paşazadə dəvət edilib. Gənc və istedadlı tarzənin orada Gənc Tamaşaçılar Teatrında  Yakutiyanın Arko-Artiko  Kamera Orkestri ilə birlikdə solo konserti baş tutub. Eyni zamanda Beynəlxalq Elmi Simpoziumda Sahib Paşazadənin “Tar və onun inkişaf yolları” haqqında geniş məruzəsi olub. Bu Elmi Simpoziumda Yakutiyanın Prezidenti, Yakutiyanın Milli Məclisinin sədri, Yakutiyanın Mədəniyyət işləri üzrə məsləhətçisi, eləcə də 14 ölkənin və Rusiyanın 11 regionunun iştirakçıları da iştirak edib.

Simpoziumdan öncə isə mükafatlandırma mərasimi baş tutub. Gələn qonaqlar arasında sadəcə 4 nəfər mükafatlandırırdı. Onlardan ikisi Yakutiyadan olan məşhur alimlər, digəri Oxford Universitetinin professoru Natalia Lidova idi. Sonuncu mükafatlandırılan şəxs isə Azərbaycandan olan bizim çox istedadlı həmyerlimiz virtuoz tarzən Sahib Paşazadə olub.

Qeyd edək ki, bu il Yakutiya Respublikasının yaranmasının 100 illik yubileyidir və bu yubileylə əlaqədar olaraq medal, ölkəyə töhfə verən ictimai, siyasi xadimlərə bir müddət öncə təqdim edilib. İncəsənət xadimləri isə bu festival çərçivəsində təltif olunublar. Musiqiçi olaraq yalnız Sahib Paşazadə 22 iyun tarixində Simpoziumdan öncə Yakutiyanın Prezidenti tərəfindən çox yüksək dərəcəli Yubiley medalı ilə təltif olunub. Medalla təltif olunan günün axşamı həmyerlimizin Yakutiyada “Oxuyan tar” adlı solo konserti baş tutub. İki gün öncə isə Yakutiyanın “Verxnevilluysk” kəndində onların məhşur bayramı sayılan “ISIAX”-la əlaqədar olan festivalın açılışında çıxış edən həmyerlimiz orada Azərbaycanı çox yüksək səviyyədə təmsil edərək 1 qızıl medal və 3 sertifikat və diplomla ölkəmizi yüksək səviyyədə təmsil edib.

Xəbər lenti