Logo

"Repetitorluq məktəblərdə korrupsiyanı genişləndirir" - Təhsil Nazirliyini maraqlandıran nədir?

05.07.2022 11:36 1567 baxış
IMG

"Təhsil Nazirliyi repetitorluq sistemini ləğv etməlidir, bu, kölgə təhsilidir, ölkənin təhsil məkanını dağıdır, təhsildə anarxiya yaradır".

Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında dosent İlham Əhmədov bildirib.

Onun sözlərinə görə, repetitorluq həm də məktəblərdə korrupsiyanı genişləndirir:

"Bunu ləğv etmək nazirlik üçün problem deyil, əgər həvəsləri olsa. Amma buna həvəsli görünmürlər, niyə?! Təhsilin gündəminə fikir verin. Direktor seçimi, sertifikasiya, müəllimlərin işə qəbulu... Təhsildə yüzlərlə problem var, amma təhsil məmurları ancaq bu mövzuda danışırlar, gündəmin dəyişməyinə imkan vermirlər. Bu, müəllimləri gərginlikdə saxlamaq, bezdirib vaxtından əvvəl məktəblə vidslaşdırmaq, beləliklə yüzlərlə əlavə vakansiya əldə etməyə yönəlib".

İlham Əhmədov bildirib ki, əvvəllər heç vaxt bu məsələlər gündəmi belə zəbt etməmişdi:

"Bu ajiotaj, xüsusən direktor təyini repetitorluğun nəticəsidir. Elə məktəblər var ki, direktor hər il 100 və ya daha çox şagirdi dərslərdən azad edir. Bunu hamı bilir ki, bu necə baş verir. Bu biznes repetitorluğu ayaqda saxlayan əsas səbəbdir".

Xəbər lenti