Logo

Portuqaliyanın Bragança Politexnik İnstitutu ilə BANM-in əməkdaşlığı genişlənir

05.07.2022 10:02 84 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Portuqaliyanın Bragança Politexnik İnstitutunun nümayəndə heyəti ilə görüşüb. 

Tehsil.biz xəbər verir ki, nümayəndə heyətində Bragança Politexnik İnstitutunun Texnologiya və İdarəetmə fakültəsinin dekanı Nuno Ribeiro, Kimya mühəndisliyi kafedrasının professoru Helder Gomes və Texnologiya və İdarəetmə fakültəsinin dekan müavini Getulio Igrejas təmsil olunublar. 

Görüşdə qarşılıqlı əməkdaşlıq prespektivləri müzakirə edilib. Vurğulanıb ki, BANM-in Biznesin idarə edilməsi və Kimya mühəndisliyi ixtisasları üzrə Erasmus+ proqramı çərçivəsində tələbə və müəllim mübadilələrinin həyata keçirilməsi və həmin sahələrdə ortaq tədqiqat işləri aparılması üçün imkanlar var.

Sonda rektor Elmar Qasımov portuqaliyalı qonaqlara Ali Məktəb adından hədiyyələr təqdim edib. 

Görüşdən sonra portuqaliyalı heyət üçün kampus turu təşkil edilib.

Xəbər lenti