Logo

Bakı Ali Neft Məktəbində “Mən gələcəyimi seçirəm” adlı tədbir keçirilib

04.07.2022 20:33 314 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) 26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş “Mən gələcəyimi seçirəm” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirin mahiyyətindən söz açan Karyera və tələbələrlə iş şöbəsinin rəhbəri Emil Aslanlı bütün dünyanın mübarizə apardığı narkomaniyanın müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilməsindən, bu problemin daim ictimaiyyətin nəzarəti altında saxlanmasının və gənclərin bu barədə məlumatlı olmasının zəruriliyindən bəhs edib.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev  narkotik vasitələr, onların insan həyatına  və cəmiyyətə təsiri, bu xəstəliyə qarşı görülən profilaktik tədbirlər haqqında məlumat verib.

BANM-in hüquqşünası Türkan Qurbanlı isə ölkədə bu sahədə qəbul olunmuş qanunvericilik aktları barədə danışıb. 

Narkotik vasitələrdən asılılığın ağır nəticələri, sağlamlığa vurduğu zərərlərini vurğulayan "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Mirkamil Kazımzadə pis vərdişlərin ruhi, psixoloji, fizioloji tərəfdən törətdiyi fəsadlardan bəhs edib.

Tədbir tələbələrin mövzu ilə bağlı verdiyi suallar və müzakirələrlə davam edib.

Xəbər lenti