Logo

ADU-nun prorektoru və bölmə rəhbəri Polşa universitetlərində təlimlərdə iştirak ediblər

04.07.2022 18:48 296 baxış
IMG

ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov və mərkəzlərlə iş bölməsinin müdiri Anar Rəhimov 27 iyun-2iyul 2022-ci il tarixlərində “Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Polşa Respublikasının universitetlərində təlimlərdə iştirak etmək üçün bir həftəlik elmi ezamiyyətdə olublar.

Tehsil.biz xəbər verir ki, işgüzar səfərin ilk görüşü Varşava İqtisadiyyat Məktəbində baş tutub. İclasda Azərbaycan Respublikasının Təhsil nazirinin müşaviri Nicat Məmmədli, layihə konsorsiumunun üzvü olan Azərbaycan Universitetlərinin rektorları və digər səlahiyyətləri nümayəndələr, eləcə də Magna Charta Müşahidə Şurasının, Macarıstan Rektorlar Konfransının nümayəndələri iştirak ediblər.   

Daha sonra təlimlər Polşanın ikinci ən böyük universiteti olan Krakov Universitetində davam edib. Təlim iştirakçılarını universitetin rektoru, professor-müəllim heyəti qarşılamış, müasir təhsil islahatları, Avropa təhsil idarəetməsində yeniliklər, Polşa və Azərbaycan universitetləri arasında qarşılıqlı müəllim-tələbə mübadiləsi, universitetlərin maddi-texniki bazalarının möhkəmləndirilməsi kimi aktual məsələlər müzakirə edilmişdir.

Təlim iştirakçıları Polşa universitetlərinin iş rejimi, tələbə qəbulu, tədris prosesi və maddi-texniki bazası ilə tanış olub, faydalı təcrübə mübadiləsi aparıblar. 

Xəbər lenti