Logo

Ukrayna nəşri soydaşımız Arif Quliyevin 70 illik yubileyinə dair məqalə dərc edib

04.07.2022 17:37 131 baxış
IMG

Ukraynanın nüfuzlu “Kiyev Diplomatik” jurnalında “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” ictimai təşkilatının sədri, hüquq elmləri doktoru, professor Arif Quliyevin 70 illik yubileyi ilə bağlı geniş məqalə dərc edilib.

Tehsil.biz xəbər verir ki, məqalədə soydaşımız Arif Quliyevin keçdiyi yol, elmin inkişafında, Ukrayna və Azərbaycan münasibətlərinin möhkəmlənməsində göstərdiyi xidmətlər barədə geniş məlumat verilib: “Rəhbər məsuliyyətdir, seçilmişlərin missiyasıdır, vəzifə və şərəfdir. Uğurlu karyera qurmaq üçün Arif Quliyev çoxlu fədakarlıqlar etməli oldu, özünü öyrənmək və başqalarını öyrətmək, insanlara kömək etmək, bəzən də xilas etmək, lider adına layiq olduğunu sözü ilə, əməli ilə sübut etdi”.

Məqalədə ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətlər nəticəsində Arif Quliyev kimi yüzlərlə alimin yetişdiyi vurğulanıb. Bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin elmin inkişfında uğurlu siyasət yeritdiyi qeyd olunub.

Xəbər lenti