Logo

UDİD və Minor proqramlarına qeydiyyat başlanıb

04.07.2022 16:18 237 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təqdim etdiyi Universitetdaxili İki Diplom (UDİD) və Minor əlavə təhsil proqramlarına sənəd qəbulu başlanıb.

Tehsil.biz xəbər verir ki, UDİD proqramına qoşulmaq üçün tələbənin ayrı-ayrı fənlər üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71-100 bal arası olmalıdır. Qeydiyyat maliyyə, mühasibat, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, menecment, marketinq, iqtisadiyyat, statistika ixtisasları üzrə aparılır.

Minor proqramına qoşulmaq üçün isə ÜOMG minimum 65 bal olmalıdır.

Birinci və ikinci kursu bitirən tələbələr Minor proqramına UNEC-in bakalavr səviyyəsi üzrə bütün ixtisasları (23 ixtisas) üzrə qoşula bilər.

Sənəd qəbulu avqustun 15-dək davam edəcək.

Xəbər lenti