Logo

Yeni məktəbli formalarının qiyməti bahalaşacaq?

04.07.2022 15:58 350 baxış
IMG

Hələlik yeni məktəbli formaların tikintisinə başlamamışıq. Çünki parçalar Türkiyədən gəlməyib. Bunu AzVision.az -a açıqlamasında "Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyətinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib. Onun sözlərinə görə, bu ayın sonundan artıq formaları tikilməyə başlanılacaq.
“Sifarişlər verilib. Parçaları yükləyirlər. Ayın sonuna yeni formaları tikməyə başlayacayıq. Bizdən əalvə tikənlər də var. Çalışacayıq ki, yeni tədris ilinə qədər müəyyən qədər tikək. lakin bəllidir ki, hamının ehtiyacını qarşılaya bilməyəcəyik. Həmçinin bu il köhnə formaların da geyinilməsinə icazə veriləcək.

Bundan əlavə, məktəbli formaları gec təsdiq olundu. Eyni zamanda bir müddətdə də məktəblərin sifafrişini gözlədik. Onlardan sifariş gəlməyincə özümüz 2 rəngdə olan formanı tikməyi qərarlaşdırdıq. Biri ağ polo, göy ətək-şalvar, digəri mavi polo, boz ətək-şalvar olandır”.

Yeni formaların materialının fərqli olduğunu deyən E.Əzimov bildirib ki, bu qiymətlərə də təsir edəcək:
“Pololar pambıqdır. Ətək və şalvarlar isə yun və poliestr qarışıqdır. Bu parçaların məlumdur ki, qiymətləri bahadır. Lakin çalışırıq ki, bizə uyğun olan qiymətə parça alaq. Əməkdaşlarımız hər yerdə axtarıb ki, daha münasib qiymətə parça alsın. Hələlik parçalar gəlib çıxmamış qiyməti deyə bilmirik. Amma çalışacayıq, formanı münasib qiymətə edək ki, hamı alsın. İndi çətin vəziyyətdir. Hamının da imkanı yoxdur ki, yüiksək qiymətə məktəbli forması alsın. Bizim böyük qazanc götürmək fikrimiz yoxdur. Onsuz da başqa dövlət sifarişlərimiz var. Biz bunu sadəcə əlavə iş kimi görürürük”.

Xəbər lenti