Logo

Uşaq musiqi məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə sınaq imtahanına qeydiyyat sona yaxınlaşır

04.07.2022 15:39 282 baxış
IMG

Məlum olduğu kimi, uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə sınaq imtahanı 2022-ci il iyulun 17-də keçiriləcək. İmtahanda iştirak etmək üçün qeydiyyat 7 iyul saat 17:00-dək davam edəcək. 

Tehsil.biz xəbər verir ki, imtahanda namizədlərin ixtisas (musiqi / təsviri sənət / xoreoqrafiya), pedaqogika, məntiq və ümumi dünyagörüşü üzrə bilikləri qiymətləndiriləcək.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri, test mərhələsi üzrə proqramla tanış ola və sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

https://exidmet.dim.gov.az/elimt/MusiqiTest/elan

Xəbər lenti