Logo

“Cambridge Assessment English”in rəsmi test mərkəzi kimi “Azyaşlı öyrənənlər” (Young Learners) üçün imtahan keçirib

04.07.2022 15:32 239 baxış
IMG

İmtahan 2 iyul 2022-ci il tarixində DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında həyata keçirilib. İmtahanda 18 nəfər iştirak edib.

Tehsil.biz xəbər verir ki, bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir uşaq imtahan verdikdən sonra “Cambridge University Press and Assessment” qurumu tərəfindən dünya miqyasında tanınan sertifikat ilə təmin edilir.

İmtahan azyaşlılar üçün hazırlanmış hər üç kvalifikasiya (PreA1 Starters, A1 Movers və A2 Flyers) üzrə keçirilib.

Xatırladaq ki, DİM “Cambridge Assessment English”in rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Assessment (Cambridge İngilis dili üzrə Qiymətləndirmə)”, “Cambridge English Teaching (Cambridge İngilis dili üzrə Tədris)” və “LinguaSkill” imtahanlarını təklif edir.

“Cambridge” imtahanları barədə ətraflı məlumatı keçid vasitəsilə https://dim.gov.az/activities/exams/cambridge-in-ngilis-dili-zr-kvalifikasiyalar/ və ya [email protected] elektron poçt ünvanına müraciət edərək əldə etmək mümkündür.

Xəbər lenti