Logo

"Könüllü müsahib” proqramının növbəti buraxılışı yayımlanacaq

04.07.2022 11:17 353 baxış
IMG

5 iyul “Könüllü müsahib” proqramının növbəti buraxılışı yayımlanacaq.

Tehsil.biz xəbər verir ki, proqram saat 20.00-da T-Network-ün “Facebook” səhifəsində canlı baş tutacaq. Proqramda bir neçə müəllimdən müsahibə götürüləcək. 

Bu çərçivədə komissiya üzvləri qiymətləndirmə rubriklərinə əsasən müsahibləri qiymətləndirəcək və ümumi rəylərini paylaşacaqlar.

"Könüllü müsahib" olmaq istəyən ibtidai sinif müəllimləri mesaj bölməsinə yaza bilərlər. 

Xatırladaq ki, müəllimlərin sertifikasiyasının müsahibə mərhələsində müəllimlərə dəstək olmaq və onları cəmiyyətə tanıtmaq məqsədi ilə yayımlanan "Könüllü müsahib" hər həftənin çərşənbə axşamı və cümə günü saat 20.00-da T-Network Facebook səhifəsində baş tutur.

Xəbər lenti