Logo

Uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları Avropa çempionu olub

04.07.2022 11:03 101 baxış
IMG

27 iyun - 3 iyul 2022-ci il tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində güləş idman növü üzrə gənclər arasında U-20 Avropa çempionatı keçirilib.

Tehsil.biz xəbər verir ki, qadın güləşi üzrə Azərbaycan yığma komandasının  tərkibində yarışa qatılan Abşeron rayon ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları Elnurə Məmmədova (55 kq), Birgül Sultanova (62 kq) qızıl, Mərziyyə Sadıqova (72 kq)  gümüş medal qazanıb.

Çempionatda 6 nəfər idmançı ilə təmsil olunan qadınlardan ibarət  Azərbaycan milli yiğma komandası 2 qızıl, 2 bürünc medalla komanda hesabında və medal əyarına görə rekord nəticə əldə edib.

Xəbər lenti