Logo

DİM V qrup və 9 illik bazadan kolleclərə qəbul olmaq istəyənlərə müraciət edib

04.07.2022 10:26 431 baxış
IMG

V qrup və 9 illik bazadan kolleclərə qəbul olmaq üçün aşağıda verilmiş qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə verilən məlumata görə, abituriyentlər Bakıda fəaliyyət göstərən aşağıdakı komissiyalar üzrə "İmtahana buraxılış vərəqələri"ni çap edə bilərlər. Digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.

Musiqi sənəti və Teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların şəxsi səhifələrində “İmtahan proqramı” forması yerləşdirilib. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

Gecikən abituriyentlər qabiliyyət imtahanına buraxılmayacaqlar.

Xəbər lenti