Logo

BANM və İspaniyanın Qranada Universiteti əməkdaşlıq edir

04.07.2022 10:11 332 baxış
IMG

Bakı Ali Neft Məktəbi (BANM) ilə İspaniyanın Qranada Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb. 

Tehsil.biz xəbər verir ki, hər iki qurumun akademik və mədəni inkişafı üçün faydalı olacaq sazişin məqsədi müəllimlər, tələbələr və inzibati heyət arasında mədəni, elmi-texniki bilik və təcrübə mübadiləsidir.

Sənədə əsasən akademik, elmi və mədəni əlaqələr inkişaf etdiriləcək, ilkin olaraq mütəxəssis tədqiqatları, akademik kurikulumlar, tədris proqramlar və dərs cədvəlləri ilə bağlı məlumat mübadiləsi aparılacaq.

BANM ilə Qranada Universiteti arasında bu saziş Azərbaycan və İspaniya arasında mədəni və elmi əlaqələrin möhkəmlənməsində marağın göstəricisidir.

Xəbər lenti