Logo

Nərimanov rayon Ağsaqqallar Şurasında şəhid ailələri ilə görüş keçirilib - FOTOLAR

03.07.2022 22:01 343 baxış
IMG

Bu gün Nərimanov rayon Ağsaqqallar Şurasında şəhid ailələri ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbiri giriş sözü ilə ağsaqqallar şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov açaraq Vətən Müharibəsində qazandığımız qələbədən, Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin düşmənə göz dağı olmasından, şəhid və qazilərimizin rəşadətinin qələbəmizdəki rolundan danışıb. 

Sonra şəhid Faiq Yusifovun atası, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nərimanov rayon şöbəsinin sədri İrşad Yusifov çıxış edərək şəhid ailələrinə dövlət qayğısının olduğunu, bu qayğının daima artığını bildirdi. Natiq çıxışında vurğuladı ki, şəhidlərin döyüş yolu gənc nəslə çatdırılmalı, onların milli ruhda böyüməsi üçün görülən işlər davam etdirilməlidir. 

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, Azad Humbətov adına 291 nömrəli Ekologiya liseyinin direktoru Arif Əsədov çıxış edərək bildirdi ki, hər bir döyüşçünün həyat yolu bir məktəbdir, onların mübarizə yolu böyüməkdə olan nəslə təbliğ edilməlidir. Bunun üçün yazıçılar, şairlər yazıb yaratmalı, xalqımızın mübarizə salnaməsi gələcək nəsillərə lazım olduğu kimi çatdırılmalıdır.

Tədbirdə çıxış edənlər şəhidlərin, müharibə iştirakçılarının həyat və döyüş yolu haqqında kitabların, müxtəlif vəsaitlərin yazılması fikrini alqışladılar.

Sonda tədbirdə Nərimanov rayonunda müxtəlif ictimai və maarifləndirici işlərdə yaxından iştirak edən şəhid ailəsi üzvlərinə fəxri fərmanlar təqdim edilib.

 

Xəbər lenti