Logo

Lerikdə müəllim vəfat edib - FOTO

03.07.2022 15:02 1411 baxış
IMG

Pedaqogika elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Kollecində Təsviri incəsənət və fiziki tərbiyə müəllimliyi şöbəsinin müdiri Canəmir Dadaşov vəfat edib.

"Tehsil.biz"in məlumatına görə, Canəmir  Vəliməmməd oğlu Dadaşov 1960-cı il fevralın 2-də Lerik rayonunun Bibiyoni kəndində anadan olub.

İlk təhsilini də Lerik rayonunun Bibiyoni kəndində almış, 1977-ci ildə Vizəzəmin kənd orta məktəbini bitirmiş, Bakı şəhərinə köçmüş, elə həmin ildən SU-107 saylı Tikinti Trestində əmək fəaliyyətinə başlamışdır.

1978-1980-ci illərdə Çita Vilayəti Sovet Ordu Sıralarında həqiqi hərbi xidmətdə olub.

1982-ci ildə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun  “Bədən tərbiyəsi və İbtidai hərbi hazırlıq” fakültəsinə daxil olan Canəmir Dadaşov 1986-cı ildə SSRİ Müdafiə Nazirinin əmrinə əsasən leytenant rütbəsini alaraq institutu başa vurmuşdur. 

Həmin ilin dekabr ayında 25 saylı Orta Texniki Peşə Məktəbinə hərbi rəhbər, 1989-1993-cü illərdə isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

1998-ci ildən 2003-cü ilədək 10 saylı Bakı Peşə Liseyində tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərən bu gənc liseydə çalışdığı həmin dövrdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə I kateqoriyalı müəllim adına layiq görülüb.

2003-cü ilin sentyabr ayında Bakı Sənaye Pedaqoji Texnikumunda hərbi rəhbər, 2005-ci ildə isə şöbə müdiri vəzifəsinə təyin olunub.

2016-cı ildən bəri Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində şöbə müdiri vəzifəsində çalışır.

Canəmir Dadaşov 2010-cu ildə “Avropa Nəşr Mətbu Evi”nin “Ən yaxşı təhsil işçisi” qızıl medalına, 2015-ci ildə isə Bakı Sənaye Pedaqoji Texnikumundakı fəaliyyətinə görə fəxri fərmana layiq görülüb.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan mütəfəkkir 2001-2016-cı illərdə Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatının sədri vəzifəsində çalışmış, 2010-cu ildə isə Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatı tərəfindən bir daha  fəxri fərmana layiq görülmüşdür.

2012-ci ildə pedaqogika üzrə fəlsəfə doktoru elmi adını alıb. 13 elmi məqalənin, 5 fənn proqramının müəllifidir.  “Məktəb və ailənin əlbir işi” adlı kitabın müəllifidir. Ədib həm də “Yeniyetmələrdə fiziki mədəniyyətin formalaşmasında məktəb və ailənin rolu” kitabının müəllifidir.

Xəbər lenti