Logo

10 yaşlı uşağı avtomobil vurub

03.07.2022 12:30 346 baxış
IMG

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Cavadova Ayan Akif qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər lenti