Logo

Rusiyalı alim öldü

03.07.2022 10:35 333 baxış
IMG

Novosibirsk Dövlət Universitetinin (NSU) kvant optik texnologiyaları laboratoriyasının rəhbəri, alim Dmitri Kolker xərçəng xəstəliyindən vəfat edib.

Tehsil.biz xəbər verir ki, bu barədə “Mash Sibir” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, alim xərçəngin dördüncü mərhələsi üçün müalicə alırdı.

O, iyunun 30-da Kolker xəstəxanadan çıxarılaraq Moskvadakı Lefortovo istintaq təcridxanasına aparılıb.

Bu gün yaxınlarına bildirilib ki, iyulun 2-də Dmitri Kolker xəstəxanada dünyasını dəyişib.

Xəbər lenti