Logo

Azərbaycan Texniki Universitetində magistraturaya ixtisas seçimi aparılır

02.07.2022 22:39 334 baxış
IMG

2022/2023-cü tədris ili üzrə Azərbaycan Texniki Universitetinin (AzTU) magistratura səviyyəsində təhsil almaq istəyən bakalavrlar üçün ixtisas seçimi davam edir.

AzTU-dan "Tehsil.biz"ə verilən məlumata görə, ixtisas seçimi magistratura səviyyəsi və “SABAH magistratura” proqramına ümumilikdə 36 ixtisas üzrə keçirilir. Həmçinin MBA proqramına da ixtisas seçimi elan olunub. MBA proqramına qəbul yalnız ödənişli əsaslarla aparılır.

Magistratura üzrə tədris proqramları universitetin əməkdaşlıq etdiyi Türkiyə və Avropanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğunlaşdırılıb.

Universitetdə magistratura səviyyəsində əsasən tədqiqatlara üstünlük verilir ki, bu da tələbələrin gələcək karyeralarına müsbət təsir göstərir.

İxtisas seçimi iyulun 5-dək aparılacaq.

Xəbər lenti