Logo

Azərbaycanda daha 33 nəfər COVID-19-a yoluxub

02.07.2022 17:33 316 baxış
IMG

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

Tehsil.biz xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783333 nəfər müalicə olunaraq sağalıb, 9717 nəfər vəfat edib, aktiv xəstə sayı 200 nəfərdir.

Ölkədə son sutka ərzində 2098, hazırkı dövrədək isə 6968836 test aparılıb.

Xəbər lenti