Logo

Daha bir gənc dənizdə boğularaq öldü

02.07.2022 16:48 473 baxış
IMG

Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən dörd km aralı, nəzarətsiz ərazi) bir nəfər batıb.

Tehsil biz xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin “112” “qaynar” telefon xəttinə bir nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1998-ci il təvəllüdlü İsrafilov Rafiq Zeynal oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti