Logo

Tarix Muzeyində Amerika mütəxəssisləri üçün mühazirə keçirilib - FOTOLAR

02.07.2022 15:13 265 baxış
IMG

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Cənubi Qafqaz üzrə Amerika Tədqiqat İnstitutunun (CQATİ/ARISC) təqaüdçüləri üçün “Qafqazın mirvarisi Azərbaycan” adlı mühazirə keçirilib.

Tehsil.biz xəbər verir ki, Tədbirdə CQATİ-nin Azərbaycan bölməsinin direktoru Leyla Rüstəmli, CQATİ-nin təqaüdçüləri – Sauk Valley Komyuniti Kollecinin professoru Pol Edleman, Denver Metropolitan Dövlət Universitetinin dosenti, Sammer Trentin, Villameyt Universitetinin tələbəsi Soqna Hatçison ilə yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova iştirak ediblər.

Muzeyin elmi katibi Sevinc Nəsirova mövzu ilə bağlı geniş təqdimatla çıxış edərək, dinləyicilərə Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti haqqında ətraflı məlumat verib.

Sonra iştirakçıların sualları cavablandırılıb.

Qonaqlar Hacı Zeynalabdin Tağıyevin ev-muzeyini, “Silahların mistik gözəlliyi” və Qarabağ, Şuşa şəhərinin tarixinə dair eksponatların nümayiş olunduğu sərgiləri ziyarət ediblər.

 

Xəbər lenti