Logo

BDU-nun "Web of Science" bazasında indekslənən daha bir elmi jurnalının təsir əmsalı yüksəlib

02.07.2022 10:36 255 baxış
IMG

"Clarivate Analitics" Beynəlxalq İnformasiya Agentliyinin bu günlərdə açıqlanan hesabatına əsasən, Bakı Dövlət Universitetinin (BDU) "Web of Science" bazasında indekslənən “TWMS Journal Pure and Applied Mathematics” jurnalının impakt faktoru (təsir əmsalı) 1.892-dən 2.722-ə qədər yüksəlib. Hazırda jurnalın 5 il üzrə orta impakt faktoru 1.846 təşkil edir.

Tehsil.biz xəbər verir ki, jurnal dünyada riyaziyyat kateqoriyası üzrə "Web of Science" bazasında indekslənən 332 beynəlxalq nəşr arasında 17-ci, Avropada isə 9-cu yerdə qərarlaşıb. Jurnalın redaksiıya heyətinə dünyanın 18 ölkəsindən 49 görkəmli alim daxildir.

Jurnalın hal-hazıra qədər nəşr olunmuş 25 nömrəsində 250-dən artıq məqalə dərc edilib.

Qeyd edək ki, 2015-ci ildə jurnal "Clarivate Analitics" Beynəlxalq İnformasiya Agentliyinin “Emerging Sources Citation Index“ və 2020-ci ildə isə “Science Citation Index Expanded” istinad indekslərinə daxil edilib. Jurnalda dərc olunan məqalələr “MatReviews”, “Zentrablatt” və “VINITI” kimi bazalarda arxivlənir.

Xəbər lenti