Logo

Şəhid polkovnik-leytenantın oğlu məzun olub - FOTOLAR

02.07.2022 00:33 518 baxış
IMG

“Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclu ADA Universitetindən məzun olub.

Tehsil.biz xəbər verir ki, bu barədə şəhidin həyat yoldaşı Sevinc Orucova feysbuk səhifəsində qeyd edib.

A.Oruclu magistr təhsilini də ADA Universitetində Dövlət idarəetməsi ixtisası üzrə alacaq.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, I Qarabağ müharibəsi iştirakçısı Raquf Orucov 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

​​​​​​

Xəbər lenti