Logo

ADNSU-nun rektoru Batman Enerji Zirvəsi-2022-də çıxış edib

01.07.2022 23:36 327 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı Türkiyədə Batman Enerji Zirvəsi – 2022 beynəlxalq konfransında iştitrak edir.

Tehsil.biz xəbər verir ki, 30 iyun-2 iyul tarixlərində keçiriləcək konfransda eneji məsələləri, enerji sektorunun qarşısında duran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

ADNSU-nun xüsusi tərəfdaş qismində iştirak etdiyi konfransın açılış mərasimində Batman Universitetinin rektoru, prof. İdris Demir, ADNSU-nun rektoru, prof. Mustafa Babanlı, Türkiyə Xarici İşlər Nazirliyinin Diyarbakır təmsilçisi İbrahim Mete Yağlı çıxış ediblər. ADNSU-nun rektoru, professor M.Babanlı universitet haqqında məlumat verib. 44 günlük Vətən Müharibəsində qazanılmış zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarda geniş bərpa və quruculuq işlərinin başlandığını qeyd edən rektor M.Babanlı bu faktorun Azərbaycanda ali məktəblərin qarşısında yeni vəzifələr qoyduğunu bildirib.

Konfransın açılış mərasimindən və plenar iclasından sonra yerli telekanallar ADNSU-nun rektoru, professor Mustafa Babanlıdan müsahibə alıblar. Sonra prof.Mustafa Babanlı, Batman Universitetinin prorektoru, eyni zamandan dekanı ilə bilrikdə ali məktəbin profsessor-müəllim heyəti ilə görüşüb. ADNSU-da tədrisin və elmi işlərin vəziyyəti haqqında geniş məlumat verən rektor, profressor Mustafa Babanlı çoxsaylı sualları cavablandırıb.

Ənənəvi və onlayn formatda keçirilən konfransda ADNSU-nun professor-müəllimlərinin də elmi məruzələrlə çıxışları nəzərdə tutulub.

ADNSU-nun rektoru, prof. Mustafa Babanlı iyunun 30-da həmçinin Batman valisi Ekrem Canalpla da görüşüblər, geniş fikir mübadiləsi aparıblar.

Xəbər lenti