Logo

Bakı Ali Neft Məktəbinin dosenti Bolqarıstanda - FOTOLAR

01.07.2022 23:00 367 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının dosenti Leyla Muradxanlı Erasmus+ layihəsi çərçivəsində Bolqarıstanın “Angel Kanchev” adına Ruse Universitetində ezamiyyətdə olub.

Tehsil.biz xəbər verir ki, səfər müddətində Ruse Universitetində dərslərin təşkili, təhsilin müxtəlif səviyyələri üçün qəbul qaydaları, tədris və tədqiqat işlərinin həyata keçirildiyi laboratoriyalar ilə tanışlıq və müxtəlif görüşlər həyata keçirilib.

Leyla Muradxanlı Ruse Universitetinin professor-müəllim heyəti üçün BANM, ixtisaslar və tədris prosesinin təşkili haqqında təqdimatla çıxış edib. Həmçinin “Avtomatika və mexatronika” kafedrasının əməkdaşlarına “Maşın öyrətmə metodları və obyektlərin tanınması” mövzusunda seminar təşkil edib.

BANM-in dosenti Tələbə Elmi və Texniki Elektronika Laboratoriyası və Elektronika Departamentinin Ruse Universitetində təşkil etdiyi Gənclər İnnovasiya Sərgisində iştirak edib, tələbələrin elmi-tədqiqat işləri ilə tanış olub. Eyni zamanda “Avtomatika və mexatronika” kafedrasının professor-müəllim heyəti ilə Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının yeni magistr tədris proqramı və birgə layihələr müzakirə edilib.

Xəbər lenti