Logo

Nazir müavini Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin üzvləri ilə görüşüb

01.07.2022 19:59 113 baxış
IMG

İyunun 30-da təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə səfərdə olan Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin üzvləri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, nazir müavini çıxışında ölkəmizin müstəqillik dövründə inkişafı və güclənməsi üçün görülən işlər, milli təhsil quruculuğu sahəsində əldə olunan nailiyyətlər, təhsilin ayrı-ayrı sahələrinin inkişafı, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı yerinə yetirilən tədbirlər, sürətlə modernləşən təhsil sisteminin üzərinə düşən vəzifələr, ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verib, bu sahədə əldə olunan uğurlardan bəhs edib. Firudin Qurbanov həmçinin torpaqlarımızın işğaldan azad edilməsində təhsil işçilərinin rolunu vurğulayıb və Türkiyənin ölkəmizə göstərdiyi dəstəyi xüsusi şəkildə qeyd edib.

Nazir müavini Azərbaycanda təhsil sistemində təhsilverənlərin və təhsilalanların hər birinin hüquqlarının qorunmasına böyük önəm verildiyini bildirib. Firudin Qurbanov müəllimlərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin stimullaşdırılması istiqamətində atılan ardıcıl addımları qeyd edərək bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini önə çəkib.

Çıxışında nazir müavini Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqının XIV Forumunun Bakıda keçirilməsini yüksək dəyərləndirib.

Tədbirin sonunda nazir müavini qonaqların suallarını cavablandırıb.

Xəbər lenti