Logo

BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin üzvləri mükafatlandırılıb

01.07.2022 18:02 307 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzinin üzvləri ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında fəal iştiraka görə təltif ediliblər.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Universitetin Mədəniyyət-Yaradıcılıq Mərkəzinin üzvləri müsabiqədə xor, bədii qiraət, rəqs və solo ifa janrları üzrə  qalib olublar. Eləcə də BDU tələbələri müsabiqədə fəal iştiraka görə Təhsil Nazirliyi tərəfindən diplomlara layiq görülüblər.

Rektor tələbələrin Universitetin və ölkənin ictimai həyatında fəal iştiraklarının önəmini vurğulayıb, onlara uğurlar arzulayıb.

Daha sonra Mədəniyyət-Yaradıcılıq Mərkəzinin üzvlərinə diplom, fəxri fərman və hədiyyələr təqdim olunub.

Xəbər lenti