Logo

Dərs planlaşdırılması və dilin tədrisi mövzusunda seminar təşkil edilib

01.07.2022 17:06 307 baxış
IMG

29 iyun – 1 iyul tarixlərində ASAPES-in Sosial Elmlər Kafedrasının nəzdində fəaliyyət göstərən “Dillər proqramı”nın təşkilatçılığı ilə Akademiyanın ingilis dili müəllimləri üçün “TKT Module 2” (Tədris bilik və bacarıqları testi) üzrə peşəyönümlü imtahana hazırlıq və xarici dilin tədrisinin metodlarının təkmilləşdirilməsi məqsədi ilə “Dərsin planlaşdırılası və dilin tədrisi üçün resurslardan səmərəli istifadə” mövzusunda elmi-praktiki seminar təşkil olunub.

Tehsil.biz xəbər verir ki, seminarın birinci günü “Identifying and selecting aims” (Fəxriyyə Qəmbərova), “Identifying the different components of a lesson”  və “Planning an individual lesson or a sequence of lessons” (Leyla Adıgözəlova), “Choosing assessment activities” (Könül Qurbanova), ikinci günü “Selection and use of supplementary materials and activities” və “Selection and use of teaching aids” (Səmayə Quliyeva), üçüncü günü isə “Consulting reference resources in lesson preparation” və “Selection and use of course materials” (Aygün Roller) mövzuları üzrə təqdimatlar həyata keçirilib.

Sonda kafedranın müəllimləri qeyd olunan mövzuları əhatə edən test tapşırıqları ilə biliklərini təkmilləşdiriblər.

Xəbər lenti