Logo

“Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forum keçiriləcək

01.07.2022 16:22 315 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “İdrak” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 19-22 dekabr 2022-ci il tarixdə Bakı şəhərində “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forum təşkil olunacaq.

Tehsil.biz xəbər verir ki, forumun məqsədi MDB ölkələrində islamşünaslıq istiqamətində mövcud vəziyyəti müzakirə etmək, bu sahənin aktual problemlərinin tədqiqinə marağı artırmaq, həmçinin tədqiqatçılar arasında qarşılıqlı elmi əməkdaşlığı təşviq etməkdir.


Forumun əsas mövzusu və istiqamətləri:
– MDB ölkələrində İslam təhsili: mövcud vəziyyət və onun inkişaf perspektivləri;
– MDB məkanında islamşünaslıq – ali təhsilin bakalavriat, magistratura və doktorantura proqramlarının inkişaf perspektivləri;
– Subbakalavriat təhsildə İslam tədrisi modelləri (kollec, mədrəsə, ixtisas məktəbləri və s.);
– Ali təhsil və əmək bazarı münasibətləri kontekstində islamşünaslığın proqram inkişafı;
– MDB ölkələrində İslam mədəni irsinin qorunması;
– Regionda müsəlman intellektual ənənəsinin inkişafı;
– İslam ilahiyyatı/teologiyası və islamşünaslığın tədrisində tarixi perspektiv və yeni yanaşmalar;
– Postsovet məkanında müsəlman icmalarının müasir inkişafının çağırışları və problemləri;
– Postsovet məkanında Azərbaycan islamşünaslığının inkişafı tarixi;
– Sovet dövründə Azərbaycan dinşünaslığı;
– İslam ümumbəşəri dəyərlərinin MDB ölkələrindəki tarixi təzahürləri;
– MDB məkanında tolerant və multikultural dəyərlərin tarixi resurslarının formalaşmasında islamşünaslığın rolu;
– Müasir islamşünaslıqla əlaqəli digər mövzular.

Məqalələrin qəbul qaydaları:
1. Məqalələr heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır.
2. Məqalələrin həcmi 6-15 səhifə, xülasələrin həcmi 200-250 sözdən ibarət olmalıdır.
3. Məqalələrin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, Azərbaycan, türk, rus və ya ingilis dillərində “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: [email protected]
4. Təqdim olunan yazının əvvəlində məqalənin başlığından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir.
5. Məqalənin əvvəlində müəlliflə bağlı məlumatdan sonra, məqalənin yazıldığı dildə xülasə və açar sözlər verilməlidir.
6. Elmi araşdırmaların yazılma üsullarına uyğun olaraq, beynəlxalq standartlara cavab verən məqalələrdə giriş, ən azı, iki yarımbaşlıq və nəticə olmalıdır.
7. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalədə istinadlar göstərildiyi yerdən sonra, mötərizədə müəllifin soyadı, nəşrin ili və səhifə nömrəsi sıra ilə verilməlidir; məs.: (Məmmədov 2007, 17-21).
Əgər bir müəllifin eyni ildə çap olunmuş iki və daha artıq əsəri varsa, belə olduğu halda, (Məmmədov 2007(1), 31-36) və ya (Məmmədov 2007 (2), 42-55) kimi qeyd edilməlidir. Məqalənin sonunda ədəbiyyat siyahısında soyad, ad və nəşr ili göstərildikdən sonra, mötərizə içərisində 1 və ya 2 rəqəmləri qeyd edilir; məs.: (Məmmədov Emil (2007/1), 31-36) və ya (Məmmədov Emil (2007/2), 42-55).
8. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat bu formatda yerləşdirilməlidir: müəllifin soyadı və adı; nəşr ili (il); kitab; məqalə; konfrans və digərlərinin tam adı (əgər varsa, tərcümə edənin adı və soyadı); nəşr edilən yer; nəşriyyatın adı. Məqalələrdə ən sonda səhifələr göstərilir. Ədəbiyyat siyahısı məqalənin sonunda verilməlidir.
9. Xülasə və açar sözlər məqalənin yazıldığı dildən başqa iki xarici dildə, ədəbiyyat siyahısından sonra yerləşdirilməlidir. Hər bir xülasədə məqalənin adı, müəllifin adı, soyadı və elmi dərəcəsi (olduğu təqdirdə) tam göstərilməlidir. Məqalənin müxtəlif dillərdəki xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir.
10. Müəllif məqalənin keyfiyyətinə, göstərilən faktların dəqiqliyinə və digər məlumatlara görə cavabdehlik daşıyır.

Məqalələrin təqdim olunması üçün son tarix: 10.10.2022
Qəbul edilən məqalələrin elan edilmə tarixi: 19.10.2022
Əlaqələndirici şəxslər:

Elnarə Ağaoğlu (+99412) 436 77 66
(+99470) 250 05 27
Şahin Ələsgərov (+99412) 436 77 66
(+99455) 529 93 80
Emil İsbatov (+99412) 436 77 66
(+99455) 200 21 03

Xəbər lenti