Logo

Azərbaycan və Özbəkistanın elmi qurumlarının həmkarlar ittifaqları əməkdaşlıq edəcək

01.07.2022 14:39 279 baxış
IMG

İyulun 1-də Bakıda Özbəkistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqı arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Tehsil.biz xəbər verir ki, müqaviləni Özbəkistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri professor Rovşan Badirov və AMEA Azad Həmkarlar İttifaqının sədri professor Habil Qurbanov imzalayıblar.

İki ölkənin elmi qurumlarının həmkarlar ittifaqları arasında əlaqələrin və səmərəli əməkdaşlığın təşkilinə geniş imkanlar yaradan müqavilə 5 il müddətinə nəzərdə tutulub.

İmzalanma mərasimində Özbəkistan Elmlər Akademiyası Birgə Həmkarlar İttifaqının sədri Şerzod Juraev də iştirak edib.

Xəbər lenti